İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir. Bu, Allahın bir qanunudur. Bir insan nə qədər ağıllı, nə qədər mədəni olursa olsun ...
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək şəkildə açıq və sadə bir üslubla izah edilmişdir. Bunlara möhkəm ayələr adı verilir.
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır. Bu da Qurandakı sonsuz ilahi hikmətdən qaynaqlanır. Müəyyən saydakı ayələrin daxilinə sərhədsiz bir elm, üstün bir hikmətlə yerləşdirilmişdir. Ayələr öz daxilində zahiri, batini, bir-birinə qarışmış və qatlanmış bir çox məna ehtiva etdikləri kimi ayələrin bir-birləri arasındakı əlaqələrdən də saysız mənalar çıxar.
Allah, Quranı ərəbcə kitab olaraq endirdiyini bildirir. Əlbəttə ki, türkcə və digər xarici dillərə edilən tərcümələri də Quranın ayələrini başa düşmək, Allahı tanımaq, imanın əsaslarını, ibadətlərin əsas xüsuslarını öyrənmək, öyüd-nəsihət alıb təfəkkür etmək üçün lazımlıdır.
Quranın başa düşülməsi üçün Allah Qatından xüsusi bir ağıl, anlayış və qavrayış verilməli olduğu, Allahın Quran ayələrində bildirdiyi bir həqiqətdir. Quranın hamısını bilmək, doğru şərh etmək və ərəbcə bilmək Quranı başa düşmək üçün lazım olan xüsusiyyətlərdir.
Quranı doğru başa düşmək və şərh etmək üçün çox yaxşı düşünmək lazım olduğu Quranda bildirilmişdir. Sərhədsiz bir elm xəzinəsi olan Quranı səthi bir gözlə, düşünmədən hər hansı bir kitab kimi oxumaq Qurandan lazım olduğu kimi istifadə edilməsinə mane olacaqdır.
Adamın qürurlu olması da Quranı başa düşməsi üçün çox böyük bir maneədir. Çünki qürurlu bir insan özünü hər kəsdən üstün gördüyü üçün, Qurana lazım olan təvazökarlıq və qulluq şüuru üzrə yaxınlaşa bilməz.
İnsanların düşdüyü ən böyük səhvlərdən biri, qulaqdan dolma, ata-babadan eşitmə, Quranda və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsində olmayan ...
A9 TV-də Adnan Oktarla söhbətləri və digər proqramları izləmək üçün
Daxil ol