Altı gündə yaradılış mövzusu
Quranın müxtəlif yerlərində kainatın 6 gündə yaradıldığı ifadə edilir. Təkcə bir yerdə, yaradılışın müxtəlif mərhələlərindən bəhs edilərkən bu mərhələlərlə əlaqədar bildirilən müstəqil müddətlərin cəminin 8 günü verdiyi diqqət çəkir. Bu ayələrdəki çox aydın bir məntiqi qavraya bilməyən ağılsız kəslər Quranın hər yerində yaradılışın 6 gündə baş verdiyinin ifadə edilməsi ilə buradakı ayələrdə bildirilən müddətlərin cəminin 8 günü verməsinin guya bir ziddiyyət olduğunu iddia edirlər. Ayələr belədir:
(Fussilət surəsi, 9-12)
Yuxarıdakı ayələrdə bildirilən günlərin sayını toplasaq 8 gün alınar. Halbuki, Yunis surəsinin 3-cü ayəsində və digər başqa ayələrdə yerin, göylərin və ikisi arasındakıların 6 gündə yaradıldığı ifadə edilir. Bu vəziyyət, mövzuya heç ağlını işlətmədən, düşünmədən, diqqətini vermədən səthi bir şəkildə yaxınlaşan bir kimsə üçün başa düşülməz kimi görünə bilər. Onsuz da yuxarıdakı ayələr, öz zəif ağıllarına görə Qurana, nöqsan axtarmaq, ziddiyyət tapmaq məqsədiylə yaxınlaşan bir çox adamın ilk növbədə istifadə etdiyi ayələrdəndir.
Halbuki, haqqında danışılan ayələr diqqətli və hikmətli bir şəkildə oxunduqda heç bir ziddiyyət olmadığı görülər. Ayələrdə verilən vaxtlara diqqət edildiyində bu həqiqəti görərik:
- Yerin yaradılmağa başlanmasından, oradakı ruzilərin hazırlanmasına qədər yəni canlı həyatına uyğun mühitin meydana gəlib, bitkilərin və heyvanların yaradılmasına qədər keçən vaxt 4 gündür.
- Bu prosesin başlanğıcı olan, yerin bütün kainatla birlikdə meydana gəlməyə başlayıb əsas formasını alması, qısaca dünyanın yaradılması isə bu dörd günün ilk 2 gününü əhatə edir. Yəni bu iki gün ilk dörd gündən ayrı bir vaxt deyil, daha sonrakı ayədə ifadə edilən dörd günün ərzindəki ilk iki gündür.
- 11-ci və 12-ci ayələrdə isə formalaşmaqda olan göyün 2 gün ərzində təşkil olunduğu izah edilər. Nəticədə hamısı digər ayələrdə bildirilən 6 günə tamamlanır.
Qısaca ayə, bütün kainatın ümumi 6 günlük yaradılış prosesinin daxilindəki, iç-içə keçmiş mərhələlərin hər birinin müstəqil müddətlərini izah edir.
Burada qeyd olunması lazım olan əhəmiyyətli bir məqam ayələrdə keçən “gün” anlayışının bildiyimiz 24 saatlıq bir gün mənasında deyil, müxtəlif mərhələlər mənasında istifadə edilməsidir.
Mövzular
Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...
Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...
Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...
Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.