“Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
Donuz ətinin Quran endirildiyi dövrdə yeyilməsinin sağlamlığa zərərli bir çox istiqamətləri olduğu kimi, bu gün də yeyilməsinin sağlamlığa zərərli olan müxtəlif istiqamətləri vardır. Belə ki, donuz, hər nə qədər təmiz fermalarda, qulluq göstərilən mühitlərdə saxlanılsa da, öz zibilini yeyən bir heyvandır. İstər zibili ilə qidalanması, istərsə də bioloji quruluşu səbəbiylə donuzun orqanizmi digər heyvanlara nisbətən yüksək dozalarda antitel ifraz edər. Yenə donuzun bədənində digər heyvanlara və insana nisbətən çox yüksək dozada böyümə hormonu ifraz olunar. Təbii olaraq, bu yüksək dozadakı antitellər və böyümə hormonu qan dövranı yolu ilə donuzun əzələ toxumasına da keçərək toplanılır. Bundan əlavə, donuz əti çox yüksək nisbətdə xolesterol və lipidə malikdir. Bunların nəticəsində bütün bu həddindən artıq səviyyədəki antitellər, hormonlar, xolesterol və lipidlərlə dolu olan donuz ətinin insan sağlamlığı baxımından əhəmiyyətli bir təhdid olduğu elmi olaraq sübut edilmişdir.
Bu gün donuz ətinin sıx olaraq istehlak edildiyi ABŞ, Almaniya kimi ölkələrin əhalisinin əhəmiyyətli bir hissəsini meydana gətirən normadan artıq çox kök insanların varlığı, artıq vərdiş edilmiş bir mənzərədir. Donuz ətinə əsaslanan bir qidalanma nəticəsində həddindən artıq böyümə hormonuna məruz qalan insan orqanizmi əvvəlcə həddindən artıq kökəlir, sonra da bədəni dəyişmələrə, deformasiyalara məruz qalır.
Bunlardan başqa donuz ətindəki sağlamlığa zərərli maddələrdən biri də “trişin” mikrobudur. İnsan bədəninə girdiyində birbaşa ürək əzələlərinə yerləşərək ölümcül təhlükə yaradan trişin mikrobuna donuz ətində tez-tez rast gəlinir. Müasir dövrün texnologiyasıyla trişinli donuzları texniki olaraq təsbit etmək mümkünsə də əvvəlki əsrlərdə belə bir üsul məlum deyildi. Buna görə də donuz əti yeyən hər kəs üçün trişin mikrobunu tutma və ölümlə üz-üzə gəlmək riski var idi.
Göründüyü kimi bütün bu səbəblər donuz ətinin müsəlmanlara qadağan edilməsinin hikmətlərindən bəzilərini göstərir. Hər şərtdə sağlamlığa zərərli təsirlərini davam etdirən, nəzarətsiz istehsalında isə ölümcül belə olan donuz ətinin yeyilməsi qadağan edilərək belə bir təhlükəyə qarşı əvvəlcədən əsaslı və qəti bir tədbir alınmışdır.
Nə var ki, burada çox əhəmiyyətli bir məqamı xatırlatmaqda fayda vardır. Bir şeyin haram edilməsi üçün mütləq sağlamlığa və ya insanlara zərərli olması lazım deyildir. Bu mövzu bir çox insanın diqqətindən kənarda qalan, pis niyyətlilərin də insanların məlumatsızlıqlarından faydalanaraq bununla ağıllarını qarışdırmaq üçün cəhd etdikləri bir mövzudur. Yəni, “bunun nə qorxusu və nə zərəri vardır ki, Quran qadağan edir” şəklindəki, düşünüb fikirləşmədən irəli sürülən cahil iddialar həqiqətdə Quranın hökmlərindəki hikmət və məqsəddən xəbərsiz olmaqdan qaynaqlanır. Ağıllarını işlədə bilməyən insanlar mövzuları dar və məhdud qəliblər daxilində qəbul etməyə çalışdıqlarından, daha geniş mənada yer alan hikmətləri və bunların məntiqlərini qavraya bilməzlər.
Allah çox daha müxtəlif səbəblərlə də hər hansı bir şeyi insanlara qadağan edə bilər. İnsanları sınamaq üçün, Özündən həqiqətən qorxan və Ona səmimi olaraq itaət edənlərin bilinməsi, saxtakarların da aşkar edilməsi üçün zərəri olmayan bir şey də qadağan edilə bilər. Cəza və ibrət məqsədi ilə ya da nemətlərin dəyərinin xatırlanması və şükrə vəsilə olması üçün də bir mövzuda qadağa qoyula bilər.
Allah Quranda, Allahdan başqası adına kəsilmiş heyvanı yeməyi də haram buyurduğunu ifadə etmişdir:
Eyni çəmənlikdə böyüyən iki inəkdən biri Allah adına kəsilsə yeyilməsi halal, digəri Allahdan başqası adına kəsilsə yeyilməsi haram olar. Bu hökmün bir hikməti də insanlar üçün bir sınaq vəsiləsi olmasıdır. Quranda əvvəlki dövrlərdə yəhudilərə qoyulan, “Şənbə günü işləmək qadağası”nın onların imtahanı üçün olduğu isə belə bildirilir:
Halbuki, bir dövrdə yəhudilərə qadağan edilən Şənbə günü işləmək, Quranda müsəlmanlara qadağan edilməmişdir. Bu da, qadağanın hər hansı bir ictimai problemdən və ya xüsusilə o gün şəhərə axın edən balıqların sağlamlığa zərərli olmasından dolayı deyil, imtahan məqsədilə qoyulduğunu göstərir. Necə ki, haqqında danışılan qövmün qadağanı pozaraq imtahanı keçə bilmədikləri də ayədə ifadə edilmişdir. Belə bir qadağa o qövmün insanlarının imanlarındakı səmimiyyətsizlik və Allahdan lazım olduğu kimi qorxub çəkinmədiklərini aşkar etmiş olurdu. Quranda möminlər üçün qoyulan bir qadağa da bənzər bir hikmət, bir imtahan məqsədi daşıyır. Ayələrdə belə buyrulur:
(Maidə surəsi, 94-96)
Ayələrdə bu qadağanın hikməti açıqca ifadə edilmişdir: “…gizlində (yaxud Onun Özünü görmədən) kimin Ondan qorxduğunu üzə çıxarsın...”. Əllərin və nizələrin bu ova asanlıqla çata bilməsi də bu imtahanın bir parçasıdır.
Allahın bildirdiyi qadağaların bir digər hikməti də onların rəftar və davranışlarındakı pozğunluq, azğınlıq səbəbi ilə cəzalandırılmaları və tövbə edib doğru yola qayıtmalarının təmin edilməsidir. Əvvəlki dövrlərdə yəhudilərə qoyulan bəzi qadağalar da bunun bir nümunəsidir:
Bura qədər aydın olduğu kimi Allahın haram buyurduğu şeylərin qadağan edilməsindən bir çox hikmət və məqsəd tapmaq olar. Bu hikməti yalnız qadağan edilən şeyin zərərli ya da zərərsiz olmasıyla məhdudlaşdırmaq Quranı lazım olduğu kimi bilib anlamamaqdan, düşünməməkdən qaynaqlanır.
Donuz ətinin qadağan edilməsinin də birdən çox hikməti vardır. Yaşadığımız əsrə qədər donuz ətinin insan sağlamlığını birbaşa təhdid edən zərərləri olduğuna dair şübhə yoxdur. Bugünkü tibbi cihazlarla, bioloji sınaqlarla konkret şəkildə ortaya qoyulmuş bu zərərə qarşılıq, hələ heç kimin mikrob, bakteriya, trişin, hormon, antitel kimi anlayışlardan xəbərsiz olduğu 14-cü əsrdə endirilən Quranda qəti tədbir alınması da eyni zamanda bu ilahi Kitabın möcüzələrindəndir. Bu gün də donuz istehsalında alınan hər cür tədbir və sınaqlara baxmayaraq, donuz ətinin fizioloji olaraq insan bədəninə uyğun bir qida növü olmadığı, insan sağlamlığına qəti zərəri olan bir ət növü olduğu bilinir. Buna baxmayaraq, istehsalının asanlığı və xərcinin azlığı səbəbiylə dünya səviyyəsində geniş olaraq istehlak edilir. Əslində, diqqət edildiyində donuz istehsalının bu dərəcə cazibədar olmasının, keçmişdə yəhudilərə işləmək qadağası olan Şənbə günü balıqların axın etməsindən fərqi yoxdur. Yer üzündə quzu, qoyun, toyuq, mal əti, saysız quş növü, ov heyvanı və daha bir çox növdə yeyilə biləcək, olduqca ləzzətli heyvan əti varkən Allahın haram buyurduğu donuz ətinə tamah etmənin məqsədli bir mövqe olacağı açıqdır.
Quranda bildirilən səbəblərdən başqa hər nə məqsədlə olursa olsun donuz ətini yemək Quranın etibarlı olduğu qiyamətə qədər haramdır. Bundan 100 il sonra, tamamilə zərərsiz bir hala gətirilsə belə, donuz əti yeməmək yenə möminlər üçün bir ibadət vəsiləsi olacaqdır. O vaxt da bunu yeyib-yeməmək yenə inkar edən ağılsızlar üçün bir fitnə-sınaqdan keçirmə mövzusu olacaqdır.
Mövzular
Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...
Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...
Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...
Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.