Ərəbcə bilməmək
Allah, Quranı ərəbcə kitab olaraq endirdiyini bildirir. Əlbəttə ki, türkcə və digər xarici dillərə edilən tərcümələri də Quranın ayələrini başa düşmək, Allahı tanımaq, imanın əsaslarını, ibadətlərin əsas xüsuslarını öyrənmək, öyüd-nəsihət alıb təfəkkür etmək üçün lazımlıdır. Ancaq bu dillər, heç bir zaman Quranın əsli ilə tamamilə eyni olmaz. Sözbəsöz edilən bir Quran tərcüməsində belə bir çox əskiklik və məna itkisinin olması zəruridir. Çünki ərəb dilindəki bir çox sözün, qrammatik cəhətdən cümlə quruluşunun başqa bir dilə eynilə tərcüməsini etmək mümkün deyildir. Bu səbəbdən, “məal” adı verilən Quran tərcümələri orijinal ayələrin tam mənalarını verə bilməz, ancaq yaxın və ümumi bir məna əldə olunmasına yardımçı olarlar.
Buna görə də, Quranda yer alan bir çox hikmətin başa düşülməsi ancaq onun orjinal dilində tədqiq edilməsi ilə mümkün olar. Bu səbəbdən, Quranın hər ayəsini, hər hansı bir dildəki tərcüməsindəki qarşılığına baxaraq şərh etmək hər zaman məqsədəuyğun nəticə verməyəcəyi kimi, səhv şərhlərə də səbəb ola bilər. Tərcümələrdə tək ya da yaxın mənalarından istifadə edilən sözlərin ərəb dilindəki orjinal və fərqli mənalarını bilməmək, o ayəni lazım olduğu kimi başa düşməməyə ya da tamamilə səhv və zidd mənalar çıxarmağa səbəb ola bilər.
Bir az əvvəl də bəhs etdiyimiz kimi, Quranın xarici bir dilə tam mənasıyla hər ayəsinin eynilə, sözbəsöz çevrilməsi texniki olaraq mümkün deyildir. Lakin ayələrin izahları, təfsirləri, şərhləri əlbəttə ki, xarici bir dildə ola bilər və bu izahlardan Quranı başa düşmək, ayələrin şərhlərini öyrənmək mümkündür. Bunun üçün müsəlmanların müraciət edəcəyi mənbə, böyük İslam alimləri tərəfindən hazırlanmış olan məal və təfsirlərdir.
Ərəbcə dünyanın ən dərin və zəngin dillərindən biridir. Çox üstün bir izahat texnikası və söz bazası vardır. Ancaq bu vəziyyəti yanlış göstərib, Quranı ərəblərə nazil olmuş bir kitab, ərəbləri isə seçilmiş bir qövm olaraq göstərməyə çalışmaq da Quran əxlaqına zidd bir şərh olar. Çünki hələ əvvəldə Quranda, insanların üstünlüklərinin ancaq Allah qorxusu və Allaha yaxınlıq, yəni təqva ilə qiymətləndiriləcəyi, bunlardan başqa heç bir meyarın etibarlı olmadığı göstərilir. Həmçinin, Quranın “Bu Quran aləmlərə ancaq xatırlatmadır” xatırlatmaq məqsədilə endirildiyi Sad surəsinin 87-ci ayəsində xəbər verilir. Bu cür şərhlər müxtəlif vaxtlarda öz ağıllarına görə Qurana və İslama zərər vermək istəyənlər tərəfindən cahil kütlələrə təsir etmək məqsədiylə istifadə edilər. Əlbəttə, bu faydasız bir səydir. Həmçinin, bu cür boş sözlərin nə dərəcə əsassız və pis niyyətli olduğunu başa düşmək üçün Quranı oxumaq kifayətdir.
Mövzular
Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...
Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...
Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...
Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.