Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək şəkildə açıq və sadə bir üslubla izah edilmişdir. Bunlara möhkəm ayələr adı verilir. Möhkəm ayələr, Quranda bildirildiyi kimi, “Kitabın anası” yəni əsasıdır. Möhkəm ayələr xaricində Quranın bir də mütəşabih ayələri vardır. Mütəşabih ayələr, müxtəlif təşbeh və bənzətməli izahatlar ehtiva edən ayələrdir. Mütəşabih ayələr, Quran haqqında məlumatı olmayan və ya pis niyyətli kəslər tərəfindən tamamilə səhv göstərilib, qeyri-mümkün mənalarda şərh oluna bilər. Bu vəziyyət Quranda belə açıqlanır:
Mütəşabih ayələrin mənaları Allah qatındadır. Tarixən Qurandakı mütəşabih ayələri müxtəlif səhv məqsədləri və istəkləri əsasında şərh edən azğın kəslər, məzhəb və cərəyanlar mövcud olmuşdur. Bunun fitnə olduğu və ancaq ürəklərində xəstəlik olan, yəni doğru yoldan sapan, imanını itirən kəslərin bu yola girdikləri ayədə bildirilmişdir. Həmçinin, ayədə, mütəşabih ayələrin şərhini ancaq Allahın bildiyi də ifadə edilmişdir. Allah istədiyinə bu ayələrin şərhiylə əlaqədar elm verə bilər. Ancaq iman gətirənlər özlərinə elm verilməyən mütəşabih ayələrin hamısına inanarlar, ürəklərində xəstəlik olanların və fitnə törədənlərin etdikləri kimi ayələr haqqında azğın şərhlər etməyə cəhd göstərməzlər.
Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
Bədiüzzaman Səid Nursi, ayələrdəki mütəşabih mənaları ağacın yerin altındakı görünməyən köklərinə bənzədir və bu şərhlərin sonsuz hikmət sahibi olan Rəbbimizin insanlara böyük bir lütfü olduğunu deyir:
Quranın ayələrinin iç-içə girmiş dairələr halında geniş olan mənaları vardır. Bunlar bir-biri ilə kəsişən deyil, mərkəzləri eyni olan dairələrdir. Eynilə durğun bir hovuza atılan daşın ətrafında get-gedə genişlənən halqaların meydana gəlməsi kimidir. Əsl mərkəzi məna sarih (açıq) məna olub, digərləri genişləyən məqsədlər vəziyyətindədir. Yaxud onlar ağacın genişləyən halqaları kimidirlər. Ağac nə qədər geniş gövdəli olarsa, o qədər dəyərli olar. Bir ağaca kənardan baxdığımızda onun gövdəsini və budaqlarını görərik. Halbuki, dərində onun qalın kökləri, daha dərində isə minlərlə nazik kökləri vardır. Quran ayələrinin də səthi (görünüşə görə), dərinliyi, kökləri və nazik damarları vardır. (Mektubat, 502)
Bədiüzzamanın da dediyi kimi Qurandakı və hədislərdəki bu üstüörtülü izahatlar çox müxtəlif formalarda izah edilə bilər, İslam alimləri tərəfindən şərh edilə bilər. Bədiüzzaman Səid Nursinin ən çox əhəmiyyət verdiyi mövzulardan biri, ayə və hədislərdəki bənzətmələrin insanlara müxtəlif formalarda izah edilməsidir. Risalə-i Nurlarda həm ayələr təfərrüatlı olaraq təfsir edilir, həm də hədislər müxtəlif formalarda izah edilir. Hətta Səid Nursi tək bir hədisi bəzən 15-20 fərqli formada təfsir edər. Bədiüzzamanın bu sözləri mütəşabih elmi cəhətdən əhəmiyyətlidir:
... Lakin hədisin Quran kimi mütəşabihatı (üstüörtülü, bir çox mənanı verən izahatlar ehtiva edən ifadələr) var, ancaq havas (qabaqcıllar, seçilmişlər) onların mənalarını tapa bilər. (Mektubat, 513)
Mütəşabihat belə incə və müşkül (çətin) istiarələrin (metaforası, bir sözün mənasını gücləndirmək üçün başqa mənada istifadə etmək) bir hissəsidir. Çünki mütəşabihat, incə həqiqətlərə sürətlərdir (varlığın görünən istiqamətidir). (İşaretü-l İcaz, 170)
Bədiüzzaman Səid Nursi bu sözləri ilə Quran ayələrinin və hədislərin İslam alimləri tərəfindən müxtəlif formalarda şərh edilməsinin nə qədər əhəmiyyətli və lazımlı bir vəzifə olduğuna diqqət çəkir. Bədiüzzaman Risalə-i Nurlarda mütəşabih ayə və hədislərin başa düşülməsi mövzusunda İslam alimlərinin üzərinə çox əhəmiyyətli vəzifələr düşdüyünə tez-tez diqqət çəkir. Bədiüzzaman “Məktubat”da yer alan aşağıdakı sözündə, Quran ayələrinin iç-içə girmiş, pilləli mənaları olduğunu deyir və bu ifadələrin İslam alimləri, təfsirçilər və arif kəslər tərəfindən şərh edilməli olduğunu ifadə edir:
Quran-ı Hakimin cümlələri bir mənaya mühasir (əhatə edən, bürüyən) deyildir. Bəlkə nəvi bəşərin ümumi təbəqələrinə (müxtəlif insan siniflərinin hamısına) xitab etdiyi üçün hər təbəqəyə qarşı bir təzəmmun edən (əhatə edən, ehtiva edən) bir külli (bütün) hökmündədir. Bəyan olunan (şərh edilən) mənalar, o külli kaidənin cüziyatları (bir tamın hissələri) hökmündədir. Hər bir təfsirçi, hər bir arif, o küllidən bir cüzi zikr edir. Ya kəşfinə, ya dəlilinə, yaxud xislətinə (feyz alınan yol) istinad edib (təvəkkül edib), bir mənanı seçir... Bunlar ümumən murad və məqsud (niyyət edilən, istənilən) ola bilər və onun həqiqi və məcazi mənalarıdır. (Mektubat, 315)
Bədiüzzamanın da ifadə etdiyi kimi üstüörtülü mənada olan ayə və hədislər İslam alimlərinin və digər elm sahibi kəslərin şərhiylə yeni bir məna kəsb edir, ancaq hər bir məna bir tamın parçaları olaraq qəbul edilir.
Bədiüzzaman Səid Nursi bir sözündə Quran ayələrində gələcəyə və elmi tərəqqiyə dair bir çox işarələrin də olduğunu deyir. Rəbbimizin bu işarələri üstüörtülü şəkildə bildirdiyini, ancaq İslam alimlərinin şərhləriylə tam olaraq şərh edilə biləcəyini ifadə edir:
Quranın bu bənzər ifadələrdən istifadə etməsindəki hikməti başa düşdüm. Lakin insanları tövhidə irşad məqsədi güdərkən, kainatdakı həqiqətlərə də işarə etməsi lazım deyildimi? Quran əhli-təhqiqi (alimlər) həqiqətə çatdırmaq üçün, karine (işarələr) və əmarələr (əlamətlər) qoymuşdur. Məsələn, dünyanın fırlandığını aydın şəkildə bildirməməklə bərabər, başqa ayələrdə kürə şəklində olub, fırlandığına dair işarələr vardır.
... Əlfaz-i Quraniyə (Quranın sözləri) elə bir tərzdə yazılmışdır ki, hər bir kəlamın, hər bir sözün, hər bir hərfin və hətta bəzən bir sükutun çox vücuhu (üzü) vardır. Hər bir həmsöhbətinə ayrı bir qapıdan payını verər. (Sözler, 355)
Bədiüzzamanın da ifadə etdiyi kimi Quran ayələrində yer alan elmi möcüzələrin böyük bir hissəsi üstüörtülü izahatlarla təsvir edilir. Bu möcüzələrin şərhi isə İslam alimləri tərəfindən aparılır, beləcə ancaq indiki vaxtda meydana gələn bir çox elmi inkişafın müasir dövrümüzdən 1400 il əvvəl Quranda ifadə edildiyi aydın olur.
Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
Böyük İslam alimi və təfsirçi Elmalılı Məhəmməd Hamdi Yazır da əsərlərində mütəşabih ayələrin şərhlərinə çox ətraflı şəkildə diqqət çəkir. Mütəşabih ifadələrin nə qədər çox mənalar ehtiva etdiyini, bir mövzunu izah etməkdə nə qədər əhəmiyyətli və dəyərli olduqlarını bir sözündə belə izah edir:
Mütəşabih, mühmel (dəyərsiz) bir şey, mənasız bir söz deyildir. Əksinə çox sayda mənalar ehtiva etdiyi üçün əsl məqsədi ayırd etməyimiz mümkün olmadığı üçün bəzi kəslərə mübhəm (naməlum) kimi görünür. Mütəşabih əslində, bəyan nəvilərinin (müxtəlif şərhlərin) bir çoxunu özündə saxlayan bir ifadədir. Həqiqi və məcazi məna, sarih və kinayə, təmsil (nümunə) və təhqiq (istintaq), zahir və hafi (gizli) kimi nəvilər bunlara aiddir... Məlum olduğu kimi bəzən izahatda ibham (qeyri-müəyyənlik), bəlağətin ən qiymətli təzahürlərindən (görünüşlərindən) sayılar. Hər bir şəxs, hər sözə həmsöhbət ola bilmədiyi kimi bəşəriyyət də ümumiyyətlə, elmi ilahinin külliyatını (Allahın elminin hamısını) başa düşməyə qadir ola bilməz. (M. Hamdi Yazır, Hak Dini Kur'an Dili, İstanbul, 1935, 1,48)
Mövzular
Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...
Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...
Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...
Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.