İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
Bir qisim insanlar da içində yaşadıqları dövr və cəmiyyətin şərtlərini özlərinə meyar qəbul edər və əksəriyyətini qəbul edib tətbiq etdiyi qaydaları mütləq həqiqətlər zənn edərək Quranı qiymətləndirməyə çalışarlar. Bu cür kəslər Qurana etiraz etməyə cəhd göstərənlərin məlumat, anlayış və mədəni səviyyə cəhətdən ən alt, ancaq ən çoxluq təşkil edən seqmentini əmələ gətirər.
Bu cür insanlara, hər cür peşə qrupunda və ictimai mühitdə rast gəlmək mümkündür. Çox düşünməyən, hər hansı bir dünya görüşü olmayan, gününü gün etməyə ya da hayatını qazanmağa çalışan geniş bir seqmenti əmələ gətirərlər. Kiçik hesablar, bəsit zövqlər və mənfəətlər ardınca getdiklərindən, öz zəif ağıllarına görə, Quranı mənfəət və zövqlərinə mane törədəcək, guya kefini pozacaq, guya azadlıqlarını məhdudlaşdıracaq, sadə həyat və ümidlərini dəyişdirəcək, alışıb qurduqları sistemi pozacağını zənn edərlər və primitiv məntiqlə Allahın ayələrinə qarşı çıxmağa çalışarlar.
Bu seqmentin mənsubları Quran ya da din haqqında, ümumiyyətlə, özləri düşünüb tapmadıqları lakin ordan-burdan eşidib mənimsədikləri klassik ağıldankənar qəlibləri irəli sürərlər. Əksərən, “21-ci əsrdə...”, “bu dövrdə...”, “kosmik dövrdə...”, “qərbdə...” və s. kimi qəliblərlə başlayan cümlələr quraraq Quran haqqında ağılsız və cahil şərhlər edərlər.
Müasir dövrümüzün həyat şərtləri ilə Quranda bildirilən həyat modelinin uyğunlaşmadığını irəli sürərək Quranın hökmləri haqqında həqiqətdənkənar səhv şərhlər edərlər. Məsələn, gündəlik həyat tempi ilə oruc tutmağın, dövrümüzün iqtisadiyyat anlayışı ilə faizin haram olmasının, müasir qadın-kişi əlaqələri ilə zinanın qadağan edilməsinin uyğun gəlmədiyi kimi ağıl və məntiqdən kənar iddialar irəli sürərək Quranın hökmlərini öz aləmlərində tənqid etməyə çalışarlar.
Quranda bildirilən ibadətlər, hökmlər, qadağalar haqqında cahil və səthi məntiqlərdən istifadə edərlər. Hikmətlərini başa düşmədikləri hökmlər, mənalarını qavraya bilmədikləri ayələr haqqında ağılsız müzakirələr edər və heç bir əsaslı məntiq ehtiva etməyən iddialarını israrlı şəkildə müdafiə edirlər.
“Həyatın həqiqətləri” adını verdikləri cəmiyyətin əksəriyyətinin həyat tərzi və dünya görüşünü mütləq doğru qəbul edir və bunları meyar qəbul edərək öz aləmlərində Quranda səhv və ya çatışmazlıq axtarmağa cəhd edərlər. Halbuki, meyar qəbul etdikləri bu anlayışların nə elmi, nə də məntiqi heç bir dəyəri yoxdur. Mütləq həqiqətlər, həyatın həqiqətləri, əsrin tələbləri zənn etdikləri anlayışlar, topluluq psixologiyası ilə bir-birlərini ovutduqları, öz-özlərini aldatdıqları mənasız düşüncələrdir.
Bütün gücünü çoxluqdan alan, çoxluğa tabe olmaqla doğru yolda olduğunu zənn edən bu şüursuz seqmentin həqiqətdə nə qədər azğın bir yolda olduğu Quranda bizə xəbər verilir:
Mövzular
Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...
Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...
Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...
Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.