Qurandakı təkrarları başa düşməmək
Quranda edilən təkrarlar da ağlını işlətməyən kəslərin hikmətini qavraya bilmədikləri mövzulardandır. Quranın müxtəlif yerlərində eyni və ya oxşar ayələrin və ya mövzuların təkrarlandığı görülər. Müxtəlif hekayələr, misallar, nəsihətlərlə birlikdə, Allahın varlığı, birliyi, təvəkkül, təslimiyyət, dünya həyatının keçiciliyi, Allahı zikr etmənin əhəmiyyəti, şükür, infaq kimi dinin əsas mövzularına tez-tez toxunular. Bəzən, bu mövzularla əlaqədar bir ayənin, sözbəsöz eynilə başqa bir yerdə olduğu belə görülər.
Bunun bir çox hikməti vardır. Tez-tez qeyd edilməli olan əhəmiyyətli mövzuların müxtəlif vəsilələrlə təkrarlanması, xatırladılması insanların zehinlərində, ürəklərində daha möhkəm yer tutmalarını, davamlı təsir etmələrini təmin edər. Həmçinin, bu həyati mövzuların bir-birindən fərqli nümunələr, hekayələr daxilində təkrarlanması da mövzuların hər cəhətiylə, hərtərəfli və dərinliyinə öyrənilməsinə yardımçı olar.
Qurandakı ayə təkrarlarının ən bariz nümunələrindən biri də Rəhman surəsindəki, “Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?” ayəsidir. Bu ayə, 78 ayədən ibarət olan surədə, təxminən bir və ya iki ayə fasilə ilə tam olaraq 31 dəfə təkrarlanır. Allahın, cənnətdəki gözəllikləri çeşidlərkən, bunun çox böyük bir lütf və nemət olduğunu insanların haqqıyla idrak edə bilmələri, Allahın sonsuz neməti qarşısında qafil olmayıb lazım olan şükrü və təfəkkürü edə bilmələri baxımından bu olduqca hikmətli bir təkrardır. Hər təkrar ürəkdəki hörmət dolu heyranlığı və heybəti bir qat daha gücləndirər. Beləcə, səmimi və vicdanlı bir kimsənin ürəyinə verilmək istənən hiss ən mükəmməl bir şəkildə verilmiş olar.
Mövzular
Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...
Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...
Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...
Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.