Hekayələrdəki hikmətləri başa düşməmək
Allah Quranda müxtəlif mövzuları nümunə və bənzətmələrlə izah edir. Bu nümunə və bənzətmələr də əksərən əvvəllər gəlmiş peyğəmbərlərin və ya elçilərin həyatlarından və ya Quranın endirilməsindən əvvəl yaşanmış müxtəlif hadisələrdən nəql edilən məlumatlardır. Bu səbəbdən də Quranda yer alan bu cür hekayələr insanlar üçün bir çox ibrət, nümunə, işarə və hikmətlər daşıyar.
Bu İlahi hikməti qavraya bilməyən kəslərin hər dövrdə Quran haqqındakı cahilliklərini göstərən sözlərini Allah Quranda belə bildirir:
Halbuki ağlını işlədə bilməyənlərin nağıl zənn etdikləri hekayələr, möminlərə yol göstərən saysız-hesabsız dəyərli məlumat və nümunələrlə doludur. Allah hər dövrdə möminlərin başlarına gələ biləcək hər cür hadisə və şərti əvvəlki peyğəmbərlər və qövmlərin yaşadıqlarından müxtəlif nümunələr verərək izah edir. Bu hekayələr saysız-hesabsız İlahi hikmət ehtiva edərlər; bunlardan bir neçəsini belə saya bilərik:
- Allahın möminlərin və inkar edənlərin üzərində hökm sürən və dünya yaranandan bəri dəyişməyən qanunlarını göstərmək;
- Möminlərin hər dövrdə qarşılaşdığı hadisələr, imtahanlar, çətinliklər qarşısında nə edəcəklərini, necə davranacaqlarını, nə cür reaksiyalar vermələri lazım olduğunu, necə bir əhval-ruhiyyə və əxlaq nümunəsi nümayiş etdirəcəklərini, Allaha qarşı necə bir rəftar və üslub içində olmaları lazım olduğunu təsvir edib izah edir. Hər mövzuda möminlərə yol göstərmək.
- Möminlərin şövqlərini artırmaq.
- İnkar edənləri xəbərdar edib doğru yola dəvət etmək və bu dəvətə tabe olmayanların ziyanla nəticələnən aqibətlərini xatırlatmaq.
- Qiyamətə qədər Qurana tabe olan möminləri dünyada və axirətdə gözləyən gözəl aqibət ilə müjdələmək.
Bu hikmətləri dərk edəcək ağıl və qavrayışdan məhrum olan insanlar isə öz zəif ağıllarına görə Quranı bir nağıl kitabı kimi görmək yanılmasına düşər, hekayələrdəki hikmətləri görə bilməzlər. Bu insanların hər cür öyüd-nəsihət və izahata qarşı olduqları, sabit fikirli, hissləri yox olmuş insanlar olduqları ayələrdə belə ifadə edilir:
Bu cür insanlar bu davranışları ilə Qurana və ya İslama bir zərər verə bilməzlər. Özləri hər nə qədər Qurana zərər vermək, insanları din əxlaqından uzaqlaşdırmaq və ya mane olmaq istəsələr də, həqiqətdə yeganə zərəri hiss etmədən özlərinə edərlər. Bu həqiqət yuxarıdakı ayənin davamında belə bildirilir:
İçində olduqları səhvi dərk etdiklərində isə ox yaydan çıxmış, çox gecikmişdirlər, artıq geriyə qayıtmaq və səhvlərini düzəltmək imkanı yoxdur. Bu vəziyyət ayədə belə xəbər verilir:
Mövzular
Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...
Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...
Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...
Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.