Quranı digər ilahi kitabların bənzəri zənn etmə yanılması
Quran, Allahın bütün insanlara xəbərdaredici və öyüd verici olaraq endirdiyi, qiyamətə qədər etibarlı olan yeganə haqq kitabdır. Qurandan əvvəl göndərilən kitablar insanlar tərəfindən təhrif edilmişdir. Ancaq Quran, Allah tərəfindən qorunmuşdur. Bu həqiqət “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” (Hicr surəsi, 9) ayəsiylə xəbər verilmişdir.
Quran haqqında ağılsızların irəli sürdükləri əsassız iddiaların ən geniş yayılmışlarından biri də, mübarək Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in, Quranı Kitabi Müqəddəsdən (Tövrat və İncil) ilham alaraq yazdığı yalanıdır. Bu, tamamilə xəyali və heç bir əsası olmayan iddiaya öz zəif ağıllarına görə Quran ilə Müqəddəs Kitab arasındakı bəzi oxşarlıqları göstərərlər.
Halbuki oxşarlıqların olması olduqca təbii bir vəziyyətdir. Çünki hamısı (Tövrat və İncilin təhrif edilmiş hissələri istisna olmaqla) Uca Rəbbimiz Allahın sözüdür. Allahın hər dövrdə göndərdiyi dinlərdə, Allahın varlığı, birliyi, Allahın sifətləri, axirət inancı, iman gətirənlərin, inkar edənlərin, münafiqlərin xüsusiyyətləri, əvvəlki ümmətlərin vəziyyəti kimi əsas mövzular, verilən öyüd-nəsihət və çəkindirilən xüsuslar, əxlaqi meyarlar eynidir. Bunların bir qismi, yəhudilik və xristianlıqda olduğu kimi, daha sonra təhrifə məruz qalmışdır. Quranın və hədislərin əsasında qiymət verildiyində, hansı hissələrin təhrifə məruz qaldığı, hansı hissələrin təhrif edilmədən qaldığı asanlıqla aydın olar. Bu səbəbdən də, əvvəlki kitablarda çatdırılan mövzularla Quranda izah edilənlər arasında oxşarlıq və paralellik olması heç də irad tutulacaq bir vəziyyət deyildir. Allah ayələrdə bu şəkildə bildirir:
Həmçinin, Rəbbimiz Quranın, həqiqi Tövrat və İncili təsdiqləyici bir kitab olduğunu da bildirir:
(Maidə surəsi, 48)
Özündən əvvəlki kitabları təsdiqləmək xüsusiyyəti təkcə Qurana deyil, digər haqq kitablara da verilmişdir. Hz. İsaya göndərilən İncil də, özündən əvvəl hz. Musaya endirilən Tövratı təsdiqləyir. Bu həqiqət Quranda belə xəbər verilir:
Bu, Allahın bir qanunudur və bu qanun əlbəttə ki, Quran üçün də məqbuldur. Quranda, digər İlahi dinlərin kitablarında yer alan ortaq mövzuların bir qismindən bəhs edilmişdir. Həcc surəsinin 26-cı və 27-ci ayələrində həcc ibadətinin hz. İbrahimlə başladığı, Ənbiya surəsinin 72-ci və 73-cü ayələrində namaz və zəkatın Peyğəmbərimiz (s.ə.v)-in dövründən əvvəl də fərz buyrulduğu, Muminun surəsi 51-ci ayədə digər elçilərə də saleh əməllər etməyinin əmr edildiyi bildirilmişdir. Ayələrdə belə buyrulur:
Bura qədər izah etdiklərimizdən, nə üçün Quranla əvvəlki kitablar arasında oxşarlıqların olduğu və bunun nə qədər normal bir hal olduğu asanlıqla aydın olur. Bu səbəbdən, bu oxşarlıqların olması Quranı Peyğəmbərimiz (s.ə.v)-in yazmadığını, əksinə bütün İlahi dinlərin kitablarının Allahın sözü olduğunu sübut edir. Bu da həm Quranda bildirilən, həm də ağıl və məntiqin təsdiq etdiyi bir həqiqətdir.
Allah, Quranın Öz Qatından endirilmiş haqq kitab olduğunu və bu həqiqəti başa düşə bilməyən insanların vəziyyətini ayələrində belə xəbər vermişdir:
Həmçinin, bu böhtanı atanların iddialarını tam mənasıyla etibarsız edən çox əhəmiyyətli bir həqiqət də vardır: Hz. Məhəmməd (s.ə.v) ümmidir. Yəni oxumağı və yazmağı bilmir. Peyğəmbərimiz (s.ə.v)-in ümmi olması onun peyğəmbərliyinin ən böyük dəlillərindəndir. Üstəlik, həyatında Tövratı və ya İncili oxumuş ya da tədqiq etmiş, onlar haqqında məlumat sahibi də olmamışdır. Peyğəmbərimiz (s.ə.v)-in əvvəllər bu kitabları oxumaması, yazmaması, bir tədqiqat aparmaması, hazırlıq, ya da bir iş görməməsi, qövmünün də yaxından şahid olduğu bir həqiqət idi. Bu mövzuda heç kimin bir şübhəsi yox idi. Siret ensiklopediyasında bu həqiqət belə izah edilir:
Hz. Məhəmməd (s.ə.v) bir ümmi idi; yazıb oxumağı bilməzdi. Aralarında doğulub böyüdüyü ailə üzvləri, yaxınları və məkkəlilər, bütün həyatı boyunca nə bir kitaba əl vurduğunu, nə də əlinin qələm tutduğunu görmüşlər. Vəziyyət belə ikən ona vəhy edilmiş elm dəryası Quran, öz özlüyündə bir möcüzədir. Çünki bu kitabda keçmişdəki bütün İlahi kitabların əsas mövzuları, əvvəlki peyğəmbərin hekayələri, dinlər və bunların gətirdiyi inanclar, köhnə tarix, mədəniyyət və mədəniyyət ilə iqtisadiyyat, siyasət və əxlaq mövzusundakı məlumat xəzinələri vardır. Halbuki, hz. Məhəmməd (s.ə.v) bunların hamısıdan tamamilə xəbərsiz idi. Özünün, ümmi olmasına baxmayaraq belə bir Kitabla iman gətirməyənlərin qarşısına çıxması onsuz da peyğəmbərliyinin ən böyük dəlili idi... (Siret Ansiklopedisi, Hazırlayan: Afzalur Rahman- Londra Siret Vakfı Başkanı, s.162)
Quranda, inkarçılar üçün də çox aydın və bilinən bir həqiqət olan Peyğəmbərimiz (s.ə.v)-in bu xüsusiyyəti, onlara qarşı bir dəlil olaraq ifadə edilmişdir:
Məşhur tərcüməçi və İslam alimi Cəlaleyn ayəni belə təfsir edir:
Sən bundan, yəni Qurandan əvvəl kitab oxuyan deyildin. Onu əlinlə də yazmadın, elə olsaydı, yəni savadlı olsaydın, batili müdafiə edənlər, haqqında şübhəyə düşər, tərəddüd edərdilər. Və, “Tövratda bizə izah edilən Peyğəmbər ümmi olub savadı yoxdur” deyərdilər. (Celaleyn Tefsiri Tercümesi, Tercüme İbrahim Serdar, Yusuf Şensoy, Fatih Enes Yayınevi, İstanbul, 1997, 3-cü cild, s. 1432-1433)
Mövzular
Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...
Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...
Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...
Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.